Lerikdə iməcilik keçirilib

“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Lerikin idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə Lənkəran-Lerik avtomobil yolunun 51-54-cü kilometrlərində iməcilik keçirilib və yol boyunca 450 ədəd  müxtəlif növ ağac əkilib.

Ağacəkmə kampaniyasında rayon təhsil şöbəsinin, mərkəzi xəstəxananın, mədəniyyət və turizm şöbəsinin, ƏSMM və DSMF-nin, telekommunikasiya qovşağının, rayon poçt filialının, peşə məktəbinin,  yaşıllaşdırma idarəsinin kollektivi daha çox fəallıq göstəriblər.

Ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Eyni zamanda yaşıllaşdırma aksiyası çərçivəsində rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi tərəfindən dövlət meşə fondu torpaqlarında - Rzvanaband, Vizəzəmin, Gürdəsər və Lerik meşəbəyliyinin müxtəlif dolaylarında akasiya, qoz, ağcaqayın, göyrüc, katolba cinslərindən 15 mindən yuxarı ağac əkilib.

Hazırda ağac əkini kampaniyası davam edir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında