Nəsimi rayonunda iməcilik keçirilmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümummilli yaşıllaşdırma” marafonu çərçivəsində Nəsimi rayonunda yaşıllaşdırma işləri davam etdirilir.

Dünən kampaniya çərçivəsində rayonun Cavadxan küçəsində növbəti iməcilik keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti kollektivinin, idarə və müəssisələrin nümayəndələrinin iştirak etdiyi aksiyada 100-dən çox həmişəyaşıl ağac əkilmişdir.

Nəsimi rayonunda yaşıllaşdırma, abadlıq və yenidənqurma işləri mütəmadi olaraq həyata keçirilir və bu aksiyalar sakinlərin, idarə və təşkilatların nümayəndələrinin fəallığı ilə müşayiət olunur. Bu işlər sayəsində ərazi abad, gözoxşayan yaşıllıqlarla zəngin məkana çevrilimişdir.

Son vaxtlar rayonda bu istiqamətdə həyata keçirilən işlər sırasında 2-ci mikrorayonda əsaslı yenidənqurmadan sonra Heydər Parkının istifadəyə verilməsini, Cavadxan küçəsində yeni parkın inşasını, 20 Yanvar küçəsində və Tbilisi prospektində yeni yaşıllıq zolaqlarının salınmasını göstərmək olar.  Yaşıllıq zolaqlarının genişlənməsinə və  ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən marafon çərçivəsində  işlər rayonda getdikcə vüsət alır.

 

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında