IDEA-nın “Yaşıl marafon”u davam edir

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də “Ümumrespublika yaşıllaşdırma” marafonu start götürəndən  bu günə ölkə ərazisində on minlərlə ağac əkilmişdir.

Bir milyon ağac əkmək təşəbbüsünə ilk qoşulanlar sırasında olan Xətai Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun idarə və müəssisələrinin işçiləri ötən gün özlərinin üçüncü iməciliyinə çıxmışlar.

Həmən gün icra hakimiyyətinin kollektivinə, idarə və müəssisələrdə çalışan əməkdaşlara rayonun təhsil işçiləri və orta məktəblərin yuxarı sinif şagirdləri də qoşulmuşlar. Məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan marafonun payız-qış mövsümündə 4 min 500 ağac əkməyi qarşılarına məqsəd qoyan Xətai zəhmətkeşlərinin üçüncü iməciliyi rayonun Zığ şossesinin kənarındakı zeytunluqda keçirilib. İcra hakimiyyətinin rəhbərliyi neçə illər əvvəl baxımsızlıqdan çoxlu ağacların quruduğu bağda keçirilən bu iməcilikdə ancaq zeytun ağaclarının əkilməsinə qərar vermişdir.

Havanın yağışlı olmasına baxmayaraq,  səhər tezdən start götürən ağacəkmə kampaniyasında rayonun idarə və müəssisələrinin üç yüz nəfərdən çox əməkdaşı ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və digər vəzifəli şəxslər də iştirak etmişlər.

İcra başçısı Razim Məmmədov iməcilikdə iştirak edən məktəbli gənclərə  IDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsi ilə barədə məlumat verərək bildirmişdir ki, layihənin təməlində ümummilli lider Heydər Əliyevin əməllərindən, arzu və istəklərindən irəli gələn ideyalar durur. Təqdirəlayiq haldır ki, ulu öndərin müstəqil Azərbaycanın tərəqqi və inkişafı ilə bağlı olan bütün arzuları kimi, ölkənin yaşıllaşdırılması arzusu da onun layiqli davamçılarından olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən böyük sevgi ilə həyata keçirilir. Ölkənin ekoloji mühitinin, son nəticədə isə insanların sağlamlaşdırılmasına xidmət edən belə nəcib bir təşəbbüsü dətəkləmək və onun reallaşmasında iştirak etmək hamımızın borcudur.

İcra başçısı həmçinin qeyd etmişdir ki, layihənin builki payız-qış  mövsümünü əhatə edəcək birinci mərhələsində Xətai rayionunun zəhmətkeşləri müxtəlif ərazilərdə 4 min 500 ağac əkməyi planlaşdırmışlar. Son üç iməcilik ərzində isə rayonda  iki mindən çox müxtəlif növ ağac əkilmişdir.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında