Suraxanıda ağacəkmə kampaniyası uğurla davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında bu il noyabr ayının  5-dən start verilən ağacəkmə aksiyası uğurla həyata keçirilir.

 Artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilib. Layihə çərçivəsində görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

Suraxanıda ictimaiyyət nümayəndələri tərəfindən “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti  ağacəkmə aksiyası reallaşdırılıb. Rayonun idarə və təşkilatlarının, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin iştirakı ilə bu dəfəki  ağacəkmə  Qaraçuxur, Hövsan, Əmircan və Zığ qəsəbələrində həyata  keçirilib. Aksiyada rayonun idarə və müəssisələrində çalışan 400 nəfərdən artıq işçi iştirak edib.

Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə 700 ədəd zeytun və kiparis ağacı, 250 ədəd isə dekorativ kol əkilib. Bundan başqa, abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülüb, ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov aksiyada iştirak edərək aparılan yaşıllaşdırma-abadlıq işləri ilə yaxından  maraqlanıb, Suraxanıda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində noyabr ayında rayonda 3 minə yaxın ağacın əkilməsi nəzərdə tutulub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında