Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu

Binəqədidə IDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, IDEA İctimai Birliyinin nümayəndəsi, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan, həmin qurumların bir qrup nümayəndəsi, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayonun Xocəsən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında gerçəkləşən tədbirdə əvvəlcə  “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirib. İndiyədək IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub,  sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilib.

Daha sonra dövlətimizin başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllığın genişləndirilməsi işinin Binəqədidə də uğurla həyata keçirildiyi bildirilib. Son illərdə rayon ərazisində yeni salınmış 27 abad məhəllədə, yeni inşa edilmiş 24 mini parkda, əsaslı təmir edilmiş 11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255168 kvadratmetr  çəmən örtüyü yaradıldığı, 50221 ədəd gül-çiçək və dekorativ bitkilər, eləcə də 12800 ədəd ağac əkildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən IDEA İctimai Birliyinin nümayəndəsi, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan və Binəqədi RİH başçısının müavini Aygün Əliyeva aksiyanın  əhəmiyyətindən danışıb, Leyla xanım Əliyevanın təşəbbüsü ilə baş tutan bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıblar.

Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən milli musiqilərimizin sədaları altında başlayan ağacəkmə aksiyasında başçı Xaləddin İsgəndərov fiziki məhdudiyyətli uşaqlarla birgə ağaclar əkib. Aksiya çərçivəsində mindən artıq zeytun və “Leylandra” adlı şam ağacı basdırılıb. Fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqətin göstərilməsi, onların bu ictimai faydalı işdə yaxından iştirakının təmin olunması balacalar tərəfindən sevinclə qarşılanıb və bu, tədbirə əlavə rəng qatıb.

Binəqədi rayon gəncləri belə aksiyaların təşkilinə görə Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürlərini bildirib və ona rayon gəncləri adından simvolik olaraq rəsm tablosu hədiyyə ediblər. Aksiya yekunlaşdıqdan sonra iştirakçılar və qonaqlar furşet masası ətrafına dəvət olunublar.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında