Cənub bölgəsində yaşıllaşdırma marafonu

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu cənub bölgəsində də mütəşəkkil keçirilir.

Lənkəran marafona ilk qoşulanlardandır. Lənkəran şəhərində, magistral avtomobil yolunun  kənarlarında, qoruq ərazilərində ağacəkmə aksiyası kütləvi şəkil alıb. Park və bağlarda, xiyabanlarda, kəndlərdə  gün ərzində 4 min ədəd dəmirağac, palıd, fıstıq, küknar, tua, palma və digər növ ağaclar əkilib.

Aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, habelə ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

 ***

Marafon Cəlilabadda kütləviliyi ilə seçilib. Ağacəkmə aksiyası zamanı şəhərin park və bağlarında, xiyabanlarda, magistral yolların kənarında gün ərzində 1000-dən  çox çinar, qarağaç, ağçaqayın, göyrüş və  digər ağaclar əkilib. Rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin  kollektivləri və ictimaiyyət nümayəndələri aksiyada fəal iştirak ediblər. Ağacəkmə aksiyası əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

***

Birinci “Ümumrespublika yaşıllaşdırma” marafonu  çərçivəsində Biləsuvarda ümumrayon ağacəkmə aksiyası  keçirilib.

Aksiyada ümumilikdə 1000 nəfər iştirak edib. Marafon çərçivəsində rayonda 3500 ədəd çinar və zeytin ağacları əkilib, əraziyə gübrələr verilib və ağaclar suvarılıb. Bundan əlavə, aksiyada kənd sakinləri də yaxından iştirak ediblər.

Ağacəkmə kampaniyası bir neçə gün davam edəcək.

 ***

 Aksiya zamanı Neftçala şəhərinin park və bağlarında, magistral avtomobil yollarının kənarında 5 min ədəd müxtəlif növ ağac əkilib.

Marafonda icra hakimiyyəti aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər. Bu işlərin noyabr ayının sonuna qədər davam etdirilərək rayon ərazisində 9000 ağac əkilməsi nəzərdə tutulub.

 Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında