Nəsimi rayonunda yaşıllaşdırma kampaniyası davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma”  marafonu çərçivəsində

Nəsimi rayonunda yaşıllaşdırma kampaniyası davam edir.

Marafonla əlaqədar dünən keçirilmiş növbəti iməcilikdə   rayondakı idarə və  müəssisələrin nümayəndələri, gənclər fəallıq nümayış etdirdilər. Həmin gün 20 Yanvar və Cavadxan küçələrində 200-dən çox həmişəyaşıl ağac əkildi.

Nəsimi rayonunda son illər mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma, abadlıq və yenidənqurma işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi yaşıllıqlarla zəngin ən abad rayona çevrilmişdir.

Bu qəbildən son işlərə misal kimi  cari il noyabrın 12-si –   Konstitusiya Günündə 2-ci mikrorayonda əsaslı yenidənqurma və təmirdən sonra Heydər parkının istifadəyə verilməsini  və Cavadxan küçəsində yeni inşa edilmiş parkın açılışını  göstərmək olar.

 Heydər parkında 1550 kvadratmetr ərazidə sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada yüzlərlə ağac, təbii və dekorativ gül kolları, yaşıllıq zolaqları, 640 kvadratmetr sahəyə qazon salınıb. Parkda 485 kvadratmetr sahəyə plitə döşənib, müasir işıqlandırma sistemi, rahat oturacaqlar, müxtəlif uşaq oyun avadanlıqları quraşdırılıb.

Cavadxan küçəsində 3,2 hektar ərazidə yeni inşa olunmuş parkda 1000-dən çox ağac əkilib, 12 min kvadratmetr sahəyə qazon  salınıb və 10 min kvadratmetr sahəyə qranit vurulub. Parkda uşaqların sevincinə səbəb olmuş karusel və gözoxşayan fəvvarə quraşdırılıb. Asudə vaxtın səmərəli keçirilməsi üçün hər cür şəraiti olan bu istirahət guşələri sakinlər tərəfindən razılıqla qarşılanıb.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında