Səbaildə “Yaşıl marafon”a start verilmişdir

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında noyabr ayından ölkəmizdə növbəti ağacəkmə kompaniyasına start verilmişdir. Bu nəcib hərəkat Prezident İlham Əliyevin paytaxtda yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Ümumölkə “yaşıl marafon”una ilkin qoşulan paytaxtın Səbail rayonunda ötən günlərdə genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Rayon rəhbərliyinin, idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin 500 nəfərdən çox təmsilçisi Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə daha bir yaşıllıq zolağının əsasını qoymuşlar.

Bundan əvvəl ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış və gübrələnmişdir. Ağacların suvarılması üçün su maşınları ayrılmasından əlavə, ayrıca su xətti də çəkilmişdir.Əkilmək üçün kifayət qədər ağac və gül kolları alınmışdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, xaricdən də ting və kollar gətirilmişdir.

“Yaşıl marafon”un ilk həftəsində 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilmiş, xüsusi hazırlanmış sahəyə 3500 kvadratmetr qazon otu döşənmiş, əvvəl əkilmiş 2000 ədəd ağaca qulluq göstərilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edənləri salamlayaraq, ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermiş, özü də torpağa yaşıl fidanlar basdırmışdır.

Yol kənarlarında əkilən ağaclar ekoloji tarazlığın bərpasına, yaşıllıqların artırılmasına, paytaxtın gözəlləşməsinə səbaillilərin töhfəsidir. Səbail RİH-in təşkilatçılığı ilə son dövrdə şəhərin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə irimiqyaslı yaşıllaşdırma işləri aparılmış, çoxlu ağac və gül kolları əkilmiş və onlara ardıcıl qulluq göstərilir.

Mövsüm ərzində rayonda yaşıllaşdırma aksiyalarının davamlı olması nəzərdə tutulur.

 

R.TAHİR, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında