Suraxanıda yaşıllaşdırma marafonuna start verildi

Suraxanılılar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonuna birincilər sırasında qoşulublar.

Xatırladaq ki, IDEA İctimai Birliyi təsis edildiyi vaxtdan ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verib və bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib.

Rayondakı idarə və müəssisələrin kollektivləri tərəfindən  ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüs dəstəklənərək yaşıllaşdırma marafonuna noyabrın 8-də start verilib. Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 318 nömrəli məktəbin qarşısında və Əmircan qəsəbəsi, Balandin küçəsində keçirilən iməcilikdə icra hakimiyətinin başçısı İlqar Abbasov, habelə rayonun idarə və müəssisələrində çalışan 300 nəfərdən artıq işçi iştirak edib.

Təmizlik işləri aparılan ərazidə 800, o cümlədən 500 ədəd zeytun və 300 ədəd kiparis ağacı əkilib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Suraxanıda 3 minə yaxın ağacın əkilməsi nəzərdə tutulub.

Aksiya əhali tərəfindən böyük rəğbət və razılıqla qarşılanıb. Onlardan bir neçəsinin fikirlərini diqqətə çatdırırıq.

Barat Hüseynov, Əmircan qəsəbə sakini:

– IDEA İctimai Birliyinin nəcib təşəbbüsü hamımızın ürəyindən xəbər verir. Yaşıllaşdırma ekologiyamızın qorunmasında, insanların sağlamlığında mühüm əhəmiyyət kəsb edir. Mən bundan sonra da belə aksiyalara fəal qoşulacaq, əlimdən gələni əsirgəməyəcəyəm.

Rüstəm Cəfərov, Qaraçuxur qəsəbə sakini:

– Bu xeyirxah təşəbbüsün, yaşıllıqların əhəmiyyəti barədə, xüsusilə məktəblərdə maarifləndirmə xarakterli təbliğat aparılması olduqca vacibdir. Yaşıllıqların azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, insanları ağac əkməyə təşviq etmək və ətraf mühiti sağlamlaşdırmaq məqsədi daşıyan bu təşəbbüs respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da böyük razılıqla qarşılanıb. Yaşıllıq təmiz hava, sağlam həyat deməkdir. Bu mühüm amili hamılıqla nəzərə almaq, dəyərləndirmək lazımdır. Hərəmiz bir ağac əksək, ətraf gülüstana çevrilər.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında