Naxçıvanda payız mövsümünün ilk iməciliyində yeni yaşıllıqlar salınıb

Yaşıllıqların artırılmasında payız mövsümündə keçirilən iməciliklər mühüm əhəmiyyətə malikdir. Bu fəsildə əkilən ağaclar yaz aylarında daha yaxşı inkişaf edir. Ona görə də Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma tədbirləri payız fəslində də davam etdirilir, meşə bərpa işləri aparılır, sututarların ətrafında, çayların vadilərində yeni yaşıllıq zolaqları salınır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 8-də muxtar respublikada payız mövsümünün ilk iməciliyi keçirilib. İctimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxaraq yaşıllıqların salınmasında fəallıq göstəriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının ətrafındakı 3 hektarlıq sahədə keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları əraziyə 3500 ədəd müxtəlif meyvə tingi və meşə ağacı əkərək suvarıb, ətrafda səliqə-sahman yaradıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib, Uzunoba Dövlət Meşəsində meşə bərpa və meliorativ tədbirlərin həyata keçirilməsi, payızlıq ağac əkininin davam etdirilməsi barədə tapşırıqlar verib.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında