Xətai rayonu IDEA-nın “Yaşıl marafon”una qoşuldu

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də “Ümumrespublika yaşıllaşdırma” marafonuna start veriləndən sonra Bakıda və Azərbaycanın bir çox regionlarında bu nəcib təşəbbüsü dəstəkləyənlər ağac əkmə kampaniyasına  başlamışlar. Azərbaycanın 76 rayon və şəhər icra hakimiyyətinin iştirakını və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan layihənin reallaşması istiqamətində ilk addım atanlardan biri də Xətai Rayon İcra Hakimiyyəti olmuşdur.

Rayon icra hakimiyyətinin kollektivi, idarə və müəssisə rəhbərləri əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan marafonda iştirakının elə ilk günündə rayonun Mehmandarov küçəsində elektrikpaylayıcı stansiyanın ətrafındakı ərazidə və yaşayış massivi boyu uzanan xiyabanda, eləcə də rayonun digər yerlərində minə yaxın şam ağacı əkmişlər. Noyabrın 7-də səhər tezdən start götürən ağacəkmə kampaniyasında rayonun idarə və müəssisələrinin iki yüzdən çox əməkdaşı ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai Rayon Təşkilatının sədri Hüseynbala Mirələmov və digər vəzifəli şəxslər də iştirak etmişlər.

Razim Məmmədov jurnalistlərə müsahibəsində qeyd etmişdir ki, bu layihə IDEA İctimai Birliyinin yaşıllaşdırma ilə bağlı ilk layihəsi deyil. Birlik təsis edildiyi vaxtdan ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verib və bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib. Biz də respublikamızda ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən belə təşəbbüsü dəstəkləməyi özümüzə borc hesab edirik.

İcra başçısı həmçinin qeyd etmişdir ki, iki əkin mövsümünü əhatə edəcək layihə çərçivəsində rayonumuz birinci mövsümdə 4 min 500 ağac əkmək qərarındadır. Ağacəkmə kampaniyası növbəti ilin yazında - mart-aprel aylarında da davam etdiriləcək. Bu da ondan xəbər verir ki, marafonun sonuna bu rəqəm bir neçə dəfə arta bilər.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında