Bəzi rayonlara qar yağıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,  oktyabrın 19-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib. Yağış bəzi ərazilərdə intensivləşib, Lənkəran-Astara zonasında isə güclü olub.

Ən çox düşən yağıntının miqdarı Astarada 70 (aylıq normanın 26 faizi), Yardımlıda 53 (aylıq normanın 51 faizi), Lənkəranda 49, Göytəpədə 37 (aylıq normanın 36 faizi), Rvarudda (Lerik) 29, Biləsuvarda 24 (aylıq normanın 52 faizi), Lerik, Kəlvəzdə 19, Ordubad, Salyanda 18, Neftçalada 16 (aylıq normanın 35 faizi), Bakıda və Abşeron yarımadasında 3-15, Naxçıvan MR-də 2-13, Kiçik Qafqazda 4-10, Böyük Qafqazda 1-9, Mərkəzi Aran rayonlarında 1-5 mm təşkil edib.

Qubanın Susay məntəqəsində, Qusarın Ləzə stansiyasında, Kəlvəzdə sulu qar, qar yağıb. Qar örtüyünün hündürlüyü  Kəlvəzdə 16 sm olub.

Şimal-qərb küləyinin sürəti Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında saniyədə 30 metrdən artıq olub, bir çox rayonlarda isə saniyədə  15 metrdən 27 metrədək güclənib.

 Oktyabrın 19-da Bakıda temperatur günün birinci yarısında iqlim normasından 2  dərəcə yüksək olub, axşama doğru kəskin aşağı düşüb, oktyabrın 20-də gecə və səhər minimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, aran rayonlarında 7-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-də 6-8 dərəcə isti təşkil edib.

 Çaylarda sululuq artıb, suyun səviyyəsi Lənkərançay-Lənkəranda 160, Lənkərançay-Sifidorda 101, Vəşərüçay-Daştatükdə 78 sm olub.

 

 Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında