NASA alimlərindən qorxunc xəbərdarlıq

 BBC-nin yaydığı məlumata görə, Günəşdəki aktivlik çox böyük sürətlə artır. Alimlər deyirlər ki, uzun müddət belə davam edərsə, Günəşdəki fantastik dərəcədə baş verəcək böyük partlayış nəticəsində Yer kürəsindəki bütün canlılar məhv ola bilər.  Mənbənin məlumatına görə,  ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri belə qorxunc xəbərdarlıqla çıxış ediblər.

Onların açıqlamaları 5 il əvvəl çəkilmiş “Knowing” filminin dəhşətli finalının reallaşa biləcəyini istisna etmir.

 Qeyd edək ki, NASA-nın “Swift Mission” kosmik aparatı Yerdən 60 işıq ili uzaqlıqda, “DG Canum Venaticorum” (DG CVn) sistemində yerləşən ulduzda qəfil və çox intensiv koronal partlayışı qeydə alıb. Bildirilir ki, ulduzun ətrafa yaydığı maddənin temperaturu 200 milyon dərəcə olub. Partlayışın özü isə Günəşdə indiyədək müşahidə olunmuş bütün partlayışlardan 10 min dəfə güclü olub. Alimlər qeyd edirlər ki, çox maraqlı faktdır ki, partlayan hansısa nəhəng planet yox, cırtdan ulduz idi.

 Xatırladaq ki, Günəşdə indiyədək müşahidə olunmuş ən böyük rentgen partlayışlarından biri 2003-cü ilin noyabrında baş verib. Ekspertlər həmin partlayışı “x45" adlandırırlar. NASA-nın Merilend ştatındakı Qrinbelt şəhərində yerləşən “Goddard Space Flight Center” mərkəzinin astrofiziki Stefan Dreyk bu barədə bildirib.O qeyd edib ki, həmin hesablama şkalasını nəzərə alsaq, son partlayışa “X10000” indeksi verilməlidir. Son müşahidələr meqapartlayışların yetərincə real olduğunu göstərir. Stefan Dreykin sözlərinə görə, eyni zamanda, Günəşdə də belə partlayışlar istisna deyil.

 NASA mütəxəssisləri hesab edirlər ki, bu yaxınlarda Günəşdə nəhəng partlayış olacaq, Yerin elektromaqnit sahəsində güclü hərəkətlər başlanacaq. İlkin olaraq bütün elektrik şəbəkələrinin yanıb sıradan çıxacağı gözlənilir.

 Amerikalı alimlərin fikrincə, 1859-cu ilin payızındakı “Karrinqton hadisəsi”ndən də güclü sarsıntılar yaşanacaq. Stefan Dreyk qeyd edib ki, həmin vaxt  Günəşdəki partlayış nəticəsində Yerin müxtəlif məkanlarında gecə gündüzə çevrilmiş, bütün elektrik avadanlıqları sıradan çıxmış, minlərlə insan həlak olmuşdu. 

NASA direktorlarından biri, maqnitosfer üzrə tanınmış mütəxəssis Ceyms Qrin isə baş verə biləcək təhlükə ilə bağlı deyib: “155 il əvvəl bəşəriyyət yüksək texnologiyalar səviyyəsində olmadığı üçün insanların, sadəcə, bəxti gətirmişdi. İndisə Günəşdəki partlayışdan sonra Yerdəki infrastrukturun qismən bərpasına ən azı 10 il və trilyonlarla dollar maliyyə vəsaiti gərəkdir”.

Qeyd edək ki, NASA alimlərinin tədqiqatlarının nəticələrini Finlyandiyanın  Oulu Universitetinin astrofizikləri də təsdiqləyiblər.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında