Nəsimi rayonunda yaşıllaşdırma işləri davam etdirilir

Nəsimi Rayon İcra Hakimiyyəti rayonda ekoloji vəziyyətin və ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir.

Bu  məqsədlə  dünən ümumrayon iməciliyinə çıxan rayon icra hakimiyyəti aparatının işçiləri, idarə və müəssisələrin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri onlar üçün ayrılmış müxtəlif ərazilərdə böyük həvəslə çalışaraq, 1000-dən çox ağac və bəzək kolları əkiblər.

İməcilikdə rayonun Moskva prospekti, Tbilisi prospekti, “20 Yanvar”, Asif Məhərrəmov, Məmmədcəfər Cəfərov və Seyidzadə küçələrində həmişəyaşıl, xan çinarı, o cümlədən İtaliyadan gətirilmiş “Leandra” ağacları əkilmişdir.

Aksiyada rayonun müxtəlif idarə və təşkilatlarının 500-dən artıq nümayəndəsi iştirak edirdi.

Qeyd edək ki, ilin əvvəlindən start götürən yaşıllaşdırma işləri son vaxtlar daha intensiv xarakter almağa başlayıb. Onu da əlavə edək ki, rayonda ağacəkmə aksiyası mövsümlə əlaqədar olaraq geniş vüsət almağa başlamışdır.

Əsl işgüzarlıq, iməcilik ab-havasının hökm sürdüyü tədbirdə təkcə Asif Məhərrəmov küçəsində 60-dan çox “Leandra” əkilmişdir.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında