Muxtar respublikada iməciliklər isti yay günlərində də davam etdirilir

Müxtəlif təbii amillər, xüsusən də ekoloji problemlər müasir dövrdə yaşıllıqların əhəmiyyətini daha da artırıb. Çünki ətraf mühitin qorunması və əlverişli ekoloji mühitin yaradılması insan sağlamlığına xidmət edir. Son illər muxtar respublikada keçirilən iməciliklər bu qədim diyarda təbiətin zənginləşdirilməsinə səbəb olub, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artıb.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 23-də muxtar respublikada növbəti iməciliklər keçirilib.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, muxtar respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətrafındakı 3,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.

 Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə ağacları əkilib. İməcilik iştirakçıları ağacları suvarıb, ətrafda səliqə-sahman yaradıblar.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yaşıllıqlara qulluq işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında