“Haffington Post”: Leyla Əliyeva ətraf mühiti qorumaq istiqamətində səyləri artırmağa çağırdı

AzərTAc xəbər verir ki, bu sözləri ABŞ-ın “American Prairie Reserve” qoruğunun prezidenti Şon Gerriti ətraf mühitin qorunması ilə bağlı “Haffington Post” qəzetində dərc etdirdiyi məqaləsində yazıb.

Bu ilin mayında Bakıda vəhşi təbiətlə bağlı keçirilən konfransda iştirak etdiyini yazan Şon Gerriti həmin tədbirə İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə qatıldığını bildirib. Ş.Gerriti yazır: “Leyla Əliyeva açılış nitqində bizi ətraf mühiti qorumaq istiqamətində səylərimizi artırmağa çağırdı. Bu gün Azərbaycan ətraf mühitin qorunması istiqamətində böyük səylər göstərir. Leyla Əliyevanın əsas hədəfi Qafqaz regionunda vəhşi təbiətə önəm verən yeni ətraf mühit qoruyucuları qrupu yaratmaqdır. O inanır ki, bunu etməyin başlıca yolu mühafizə olunan ərazilər yaratmaq və bu işə gənc nəsli cəlb etməkdir”.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar: http://www.huffingtonpost.com/sean-gerrity/think-big-act-now-for-nat_b_5592870.html

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında