IDEA “Panthera” təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlamışdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə “Panthera” – vəhşi pişikkimilərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “Panthera” təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu populyasiyanın mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə tutulmuşdur.

“Panthera” təşkilatı, həmçinin Azərbaycan alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və mühafizə metodologiyasının hazırlanmasına yardım göstərəcəkdir.

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva demişdir: “Biz çox şadıq ki, vəhşi pişikkimilərin qorunması üzrə dünyanın aparıcı təşkilatı olan “Panthera” ilə strateji əməkdaşlıq haqda müqavilə bağladıq. “Panthera” Azərbaycanın təbii irsinin simvollarından olan Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə əlaqədar həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə malikdir”.

Tomas S.Kaplan Azərbaycanın bəbir populyasiyasının qorunması və sayının artırılması istiqamətində təşəbbüsünü dəstəklədiyini bildirərək demişdir: “Bu həftə dünya üzrə bəbirlərin qorunması ilə bağlı ilk proqrama - “Pardus” layihəsinə start verilmişdir. Bu istiqamətdə artıq IDEA ilə birgə fəaliyyətə başlamağımız da təqdirəlayiqdir".

Qeyd edək ki, “Panthera” ilə beynəlxalq əməkdaşlıq çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20 müşahidə kamerası IDEA İctimai Birliyinə təqdim edilmişdir.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənub-qərb hissəsində, Azərbaycan ilə İran sərhədində isə 25-dəkdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında