“Bakıelektrikşəbəkə” ASC-də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə   “Bakıelektrikşəbəkə” ASC-də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır,  rayon enerji təchizatı və satışı idarələrinin və yarımstansiyaların  müxtəlif yerlərində çoxlu sayda ağac əkilir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə, o cümlədən ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təməlini ümummilli liderin qoyduğu ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il milyonlarla ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.

“Bakıelektrikşəbəkə” ASC-də keçirilən növbəti ağacəkmə kampaniyasında Xəzər rayonu Qala qəsbəsinə gedən yolun kənarında və 485 saylı yarımstansiyanın ətrafındakı mədən ərazisində həmişəyaşıl ağacların əkilməsi davam etdirilmişdir. Ötən illərdə bu ərazidə 2 mindən artıq ağac əkilmişdir.

“Bakıelektrikşəbəkə” ASC-nin təşəbbüsü ilə reallaşan budəfəki ağacəkmə kampaniyasında əvvəl əkilmiş ağaclara su verilmiş və daha 700 ağac əkilmişdir.

Ağacəkmədə “Bakıelektrikşəbəkə” ASC-nin bütün strukturlarının əməkdaşları iştirak etmişlər. Ağac əkilməsi ilə yanaşı, ərazidə müvafiq təmizləmə (rekultivasiya) işləri aparılmış, ətraf ərazilər məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında