IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması barədə müzakirələr aparılmışdır

Mayın 7-də Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya Marton-Lefevre ilə görüşmüşdür.

Qonağı salamlayan Leyla Əliyeva bu Sammitin ətraf mühit və vəhşi təbiətin qorunması istiqamətində Azərbaycanda görülən işlərdən biri olduğunu vurğulamışdır. Leyla Əliyeva Heydər Əliyev Fondu və IDEA-nın bu istiqamətdə həyata keçirdiyi mühüm layihələr barədə məlumat vermişdir.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Juliya Marton-Lefevre tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Sammit ətraf mühitin qorunması istiqamətində ciddi müzakirələrin aparılması baxımından səmərəli platformadır. Qonaq Bakıda həyata keçirilən böyük layihələrdən məmnunluğunu ifadə etmişdir.

Görüşdə, həmçinin IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması barədə müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında