Suraxanıda ağacəkmə kampaniyası

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun təhsil, səhiyyə, sənaye və digər müəssisələrində silsilə tədbirlər keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır, rayonun müxtəlif yerlərində çoxlu sayda ağac əkilir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təməlini ümummilli liderin qoyduğu ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il milyonlarla ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.

Suraxanı rayonunda keçirilən növbəti ağacəkmə kampaniyasında Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən yolun kənarında mədən ərazisində həmişəyaşıl ağacların əkilməsi davam etdirilmişdir. Ötən günlərdə bu ərazidə 2 mindən artıq ağac əkilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan budəfəki ağacəkmə kampaniyasında əvvəl əkilmiş ağaclara su verilmiş və daha 500 ağac əkilmişdir.

Ağac əkilməsi ilə yanaşı, ərazidə müvafiq rekultivasiya işləri aparılmış, ətraf ərazilər məişət tullantılarından təmizlənmişdir. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.

Ağacəkmədə rayon rəhbəri İlqar Abbasov, rayon icra hakimiyyətinin, mənzil-kommunal təsərrüfatı birliyinin, qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, sənaye, səhiyyə müəssisələrinin əməkdaşları və sakinlər iştirak etmişlər. Ağac əkilməsi ilə yanaşı, ərazidə müvafiq təmizləmə (rekultivasiya) işləri aparılmış, ətraf ərazilər məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri mütəmadi davam etdirilir, neftlə çirklənmiş torpaqlarda görülmüş işlər nəticəsində ARDNŞ və iri özəl neftqazçıxarma müəssisələri tərəfindən son bir ildə sahəsi 7,2 hektar olan müxtəlif ölçülü 96 gölməçə qurudulmuş, mədən ərazilərində çoxlu sayda ağac və kol əkilmişdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında