Təbiət möcüzələri

 

 

Təbiətdə qeyri-adi hadisələr kifayət qədərdir. Bunların çoxu hələ tam öyrənilməyib. Amma insan zəkasına daim təsir edir.  Onu daim düşündürür.

 Belə təbiət möcüzələrindən biri Qütb parıltısıdır. Qütb parıltısı səmanın ənginliklərində müşahidə olunan gözəl optik təbiət hadisələrindən biridir. Əksər hallarda qütb parıltısı mavi-ağ rəngdə olur, nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatlarını “bombalaması” nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və qeyri-adi gözəlliyi ilə insanları valeh edir.

Şar ildırım. İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. Əvvəllər “Yanan şar” adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma səbəbi dəqiq deyil. Bəzən onları evlərin və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.

Göy Ay. Ayı adi şəkildə görməyə öyrəşmişik. Lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış halda da görsənir. Xüsusən göy və qırmızı rəngdə. Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün Kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.

Yanar yağış (yaxud ulduzlu yağış). Əslində, göydən ulduzlar deyil, meteoritlər düşür və onlar Yerin atmosferinə daxil olaraq qızır və yanır. Bu zaman Yer səthindən xeyli uzaqda işıq yağışı görünür. Adətən, ulduz və ya meteor yağışını yüksək intensivliklə (saatda min meteoritə qədər) meteor axını adlandırırlar. Meteor axını Yer səthinə çatmayan, atmosferdə yanan meteordan, meteor yağışı isə yerə düşən meteoritlərdən ibarətdir. Əvvəllər bu iki anlayış arasında fərq qoyulmurdu və hər ikisini “yanar yağış” adlandırırdılar. Onu da deyək ki, hər il meteorit qalıqlarının və kosmik tozun hesabına Yer kürəsinin kütləsi orta hesabla 5 milyard ton artır.

İlğım. Geniş yayılmasına baxmayaraq, vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən və elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.

İkiqat qabarıq buludlar. İkiqat qabarıq buludlar nadir meteoroloji hadisədir. Bu şəkil Missuri ştatının Coplin şəhərindən 2005-ci ilin mayın 24-də çəkilmişdir. Şəhər əhalisi səhər tezdən bu qəribə təbiət hadisəsini müşahidə edə bilmişlər. Sonuncu dəfə bu hadisə 30 il bundan əvvəl burada qeydə alınmışdı.      

Müqəddəs Elmanın işıqları. Müqəddəs Elmanın işıqları təbiətin gözəl və qeyri-adi hadisəsidir. İlk dəfə bu hadisəni dənizçilər gəminin dor ağacında və digər şaquli vəziyyətdə duran tiklilərdə müşahidə etmişlər. Bu gözəl işıq verən şarlar şimşək, tufan və ya güclü qasırğa zamanı elektrik sahəsinin yüksək gərginliyi nəticəsində yaranır. Bəzən Müqəddəs Elmanın işıqları hadisəsi elektrik və radio cihazlarının sıradan çıxmasına səbəb olur.

Qloriya. Axşam dağda alçaq buludların altında tonqal qalasanız, kölgəniz buludlarda əks olunacaq və sizin başınızın ətrafında işıqlanan areal yaranacaq. Bu hadisə qloriya adlanır. Qloriya optiki hadisə olub, işıqlanma mənbəyinə əks nöqtədə olan müşahidəçinin önündə yerləşən buludlarda müşahidə olunur. Çində qloriyanı “müqəddəs Budda” adlandırırlar.

Yanar göy qurşağı. Yanar göy qurşağı adlanan bu qövsü od deyil, buz yaradır. Yanan göy qurşağının yaranması üçün günəşli havada üfüqdən 58 dərəcə yuxarı qalxmaq və göy üzündə yumşaq bulud olmalıdır. Bundan əlavə, yumşaq buludların təşkil olduğu çox sayda yastı altıbucaqlı kristallar Günəş şüasını sındırmaq üçün üfüqi şəkildə yerləşməlidir. Buna görə yanar göy qurşağını çox nadir hallarda müşahidə etmək olur.

Venera qurşağı (halqası). Ala-toran vaxtı, Günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta Günəşin əks istiqamətində də görmək olar. Venera qurşağının yaranmasını çıxan (və ya batan) Günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağını istənilən yerdə hava təmiz olduqda görmək olar.

Təqdim etdi:

İsaq ƏMƏNULLAYEV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında