Bərpa mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılacaq

 

 

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara bərpa-müalicə xidməti göstərən müəssisələrdə xidmət səviyyəsinin yüksəldilməsi, belə müəssisələrdə müasir tələblərə cavab verən şəraitin yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən biridir.

Bu məqsədlə yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında əsaslı təmirə başlanılacaqdır. İşlər başa çatdırıldıqdan sonra həmin müəssisələrin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchizatı həyata keçiriləcəkdir. Eyni zamanda, nazirliyin tabeliyindəki belə mərkəzlərdə tibbi bərpa ilə yanaşı, beynəlxalq təcrübə əsasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi də nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır və yaxın aylarda bu mərkəzlər yüksək səviyyədə yenidən qurularaq istifadəyə veriləcəkdir.

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında