Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsas sürüşmə zonalarından olan Ağsu aşırımı ilə bağlı mövqeyini açıqlamışdır

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin əsas sürüşmə zonalarından biri olan Ağsu aşırımı ilə bağlı mövqeyini açıqlamışdır.

Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirmişdir ki, Ağsu aşırımında restoran, tikili olmamalıdır: “Nazirliyin qəti mövqeyi ondan ibarətdir ki, Ağsu aşırımında heç bir təsərrüfat fəaliyyəti, restoran, tikili olmamalıdır. Nazirlik dəfələrlə restoranları oradan çıxarmaq istəyəndə çox ağır təzyiqlərlə üz-üzə gəlmişdir”.

Nazir hesab edir ki, Ağsu aşırımındakı restoranların, təsərrüfat obyektlərinin fəaliyyəti sürüşmənin yeganə səbəbi olmasa da, əsas səbəblərindən biridir.

H.Bağırovun sözlərinə görə, həmin ərazidə sudan istifadə olunsa da, mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Ərazidəki çirkab, kanalizasiya suları, hətta təmiz suların boru xətlərindən olan axıntılar da vəziyyətin gərginləşməsinə səbəb olur.

Nazir qeyd etmişdir ki, ümumilikdə ölkədə sürüşməyə məruz qalan ərazilərin sayı artır: “Bu da onunla bağlıdır ki, daha geniş ərazilərdə təsərrüfat fəaliyyəti aparılır, hansısa tikililər yaradılır və nəticədə yamaclardakı dayanıqlılıq zəifləyir. Bu tendensiya tədricən artmağa doğru gedir. Bakı üzrə sürüşmə zonalarının artmasının əsas səbəblərindən biri odur ki, burada təsərrüfat fəaliyyəti çox fəaldır”.

H.Bağırov bildirmişdir ki, sürüşmə üçün təbii potensialı olan ərazilərə hansısa kənar təzyiq olanda orada bu proses özünü daha asanlıqla göstərir. O, əlavə etmişdir ki, Şamaxıda əsas sürüşmə sahələri yolların kənarındadır. Çünki yollar çəkilərkən kəsilən yamacların dayanıqlığı zəifləyir və nəticədə sürüşməyə meyillilik yaranır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında