Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sentyabrın 22-si gün ərzində, 23-ü səhərədək yağan yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olması nəticəsində respublika çaylarında, əsasən də Lənkəran–Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.

Belə ki, bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 72, Lənkərançay-Sifidorda 48, Vəşərüçay-Daştatükdə isə 58 sm artım qeydə alınmışdır.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-290, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 80-150, Naxçıvan MR çaylarında isə normanın 55 faizini təşkil edir.

Milli Hidrometeorologiya Departamentindən bildirirlər ki, sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 85 kubmetr-saniyə, ongünlük normanın 61 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 67 kubmetr-saniyə və ongünlük normanın 48 faizini təşkil etmişdir.

Ötən gün ərzində Balakən-Şəki bölgəsinə yağan yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 74,0 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il illə müqayisədə bir qədər çox olmaqla 94 kubmetr-saniyə təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olmuşdur.

Sentyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 5, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 327 sm (2012-ci il sentyabrın 23-də 376 sm), Şirvanda 180 sm (2012-ci il sentyabrın 23-də 261 sm ), Salyanda 145 sm (2012-ci il sentyabrın 23-də 236 sm ), Bankədə 221 sm (2012-ci il sentyabrın 23-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 49 sm (2012-ci il sentyabrın 23-də 113 sm) təşkil edir.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında