IDEA Kampaniyası Dünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmişdir

 

IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi” mövzusunda interaktiv seminar təşkil etmişdir.

IDEA Kampaniyasından  AzərTAc-a bildirmişlər ki, ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahədə çalışan müəllimlərin iştirak etdikləri seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilmişdir.

Tədbirdə ekspert qismində AMEA-nın Zoologiya İnstitutunun informasiya və innovasiya şöbəsinin müdiri, professor Elman Yusifov iştirak etmişdir.

Seminar zamanı Azərbaycanın landşaftı, fauna və florası, landşaft müxtəlifliyinin yaranma səbəbləri, həmçinin düzən və dağ landşaftlarının bitki və canlı müxtəlifliyi haqqında geniş məlumat verən ekspert qeyd etmişdir ki, ölkəmiz füsunkar təbiətə, zəngin bitki və heyvanat aləminə, çox faydalı təbii sərvətlərə malikdir. Bunların qorunmasında və gələcək nəsillərə çatdırılmasında gənclərin böyük rolu olmalıdır.

Seminar ekspert tərəfindən söylənilən dəyərli fikirləri və iştirakçıların maraqlı müzakirələrini əhatə etməklə interaktiv şəkildə təşkil olunmuşdur.

İyirmidən çox gəncin iştirak etdiyi, interaktiv şəkildə keçirilmiş seminar landşaft müxtəlifliyi, ətraf mühitin qorunmasının vacibliyi və s. ilə bağlı aparılan maraqlı müzakirələrlə yadda qalmışdır.

IDEA Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır. Kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirməkdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında