Xətai rayonunda yaşıllaşdırma kampaniyası

 

 

Xətai rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılması, ulu öndər Heydər Əliyevin “Qara şəhəri ağ şəhərə çevirmək” arzularının gerçəkləşdirilməsi rayon icra hakimiyyətinin qarşısında duran mühüm məsələlərdən biridir.

 Ötən illərdə olduğu kimi, cari ilin birinci rübündə də həyata keçirilməyə başlanan bu proqram çərçivəsində hava limanı istiqamətindən gələn Zığ yolu — Nobel prospekti magistral yolu boyu hər iki tərəfdə istinad divarları tikilmiş, 78 min tondan artıq torpaq daşınaraq relyefə uyğun 66 min kvadratmetr ərazidə yaşıllıqlar salınmış, bu ərazilərin suvarılması üçün müxtəlif diametrli suvarma xətləri çəkilmiş, 8 ədəd yeni artezan quyusu qazılaraq nasoslar quraşdırılmışdır.

Hər il ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospekti boyu park — xiyabanda da abadlaşdırma işləri çərçivəsində Türkiyə Respublikasından gətirilmiş 100 minə yaxın gülün 70 mini, 5 mindən çox dekorativ və həmişəyaşıl ağacların isə 2 minə yaxını əkilmişdir. Gətirilmiş gül və ağacların bir qismi isə Nobel prospekti, Zığ yolu,Yusif Səfərov və Ramiz Quliyev küçələrinə əkilərək  bu ərazilərə xüsusi gözəllik vermişdir.

Ötən şənbə günü Heydər parkında yenə böyük qələbəlik var idi. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə onun adını daşıyan parkda ağacəkmə kampaniyasına start verilmişdi. Bu məqsədlə ümumrayon iməciliyinə çıxan rayon icra hakimiyyəti aparatının işçiləri, idarə və müəssisələrin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri onlar üçün ayrılmış xüsusi sahələrdə böyük həvəslə çalışır, ağac və bəzək kolları əkirdilər.

Aksiyada iştirak edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məslisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov ulu öndər Heydər Əliyevin parkdakı abidəsini ziyarət etdikdən sonra ümummilli liderin 4 iyun 2000 -ci ildə bu parkda əkdiyi ağacı suladılar. Sonra Razim Məmmədov və Hüseynbala Mirələmov Heydər Parkının seyrək olan sahələrində şam ağaclarını əkməklə yaz mövsümünün növbəti kampaniyasına start verdilər.

Həmin gün əsl işgüzarlıq, iməcilik ab-havasının hökm sürdüyü tədbirdə təkcə Heydər parkında 100-dən çox ağac əkildi.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında