Coğrafiya İnstitutu: İntensiv yağışlar sürüşmə sahələrini aktivləşdirib

 

 

 

 

Son günlər intensiv yağan yağıntılar nəticəsində Böyük Qafqazın cənub-şərqindəki (Ağsu aşırımında, Şamaxı, Qobustanın şimalı) sürüşmə sahələrində ciddi aktivləşmə yaranmışdır.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Mirnuh İsmayılov demişdir.

Onun sözlərinə görə, Ağsu aşırımında maşınların hərəkətinə kifayət qədər məhdudiyyət qoyulmuşdur, amma sürüşmə prosesi yenə də davam edir: “İntensiv yağıntılar süxurların tərkibindəki nəmliyi, bu isə öz növbəsində süxurların ağırlıq qüvvəsini artırır. Nəticədə, ağırlıq qüvvəsi süxurlararası əlaqəni qırır və sürüşmə aktivləşir. Son yağıntılar Şamaxının Muğanlı kəndindəki sürüşmə sahələrini də aktivləşdirmişdir. Qobustan şəhərinin şimalı əsasən meyilli yamaclardan ibarətdir. Bu yamaclarda intensiv otarma və bitki örtüyünün məhv olması da sürüşmələrin aktivləşməsinə təkan verir. Xüsusilə, Bakı-Şamaxı yolunda ciddi yenidənqurmalara ehtiyac var. Orada 3 yerdə çox təhlükəli sürüşmə sahəsi var”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında