Azərbaycanda ən böyük vulkanlardan biri püskürmüşdür

 

 

 

Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlmişdir, çatlardan biri 2 kilometrdən artıq məsafəyə uzanmışdır

Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürmüşdür. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirmişdir.

Onun sözlərinə görə, püskürmə aprelin 1-də baş vermişdir. Ərazidə Geologiya İnstitutunun alimləri tədqiqat aparmışlar: “Bu, Azərbaycanın ən böyük vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 kilometrliyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan ilk dəfə 1948-ci ildə püskürmüşdür, bu, 7-ci püskürmədir”.

A.Əliyev demişdir ki, püskürmə zamanı yer səthinə vulkan palçığı ilə yanaşı, böyük həcmdə müxtəlif tərkibli və yaşlı süxurlar da atılmışdır: “Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kubmetrdir. Tullanan məhsulun orta qalınlığı 1,2 metrdir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlmişdir. Çatlardan biri çox böyükdür. Təxminən 2 kilometrdən artıq məsafəyə uzanır. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşmişdir. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmamışdır”.

Şöbə müdirinin sözlərinə görə, vulkanın krater sahəsi çox böyük - 10 kvadratkilometrə yaxındır: “Vulkanın krater sahəsində bir-birindən aralı bir neçə vulkan sahəsi ayrılır. Hər dəfə hansısa ayrılan vulkan sahəsindən püskürmə olur. Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Tullantıların hamısına neft hopub. Xüsusi ilə qeyd etmək lazımdır ki, yanar şistlərə də rast gəlinir. Bunlar hamısı laboratoriya şəraitində dərindən öyrəniləcək və analizlər nəticəsində həmin ərazinin neft-qaz ehtiyatları barədə dəqiq fikir əldə olunacaq”. 

Ərazidə araşdırma aparan institutun əməkdaşları Arif Hüseynov, Ruslan Axundov və Aytən Xasayeva tərəfindən vulkanın püskürmə xəritəsi və püskürmənin 3D modeli də hazırlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında