Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunmuşdur.

Son 5 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 4-19 sm, Kiçik Qafqazın çaylarında 1-6 sm, Naxçıvançay çayında 27 sm artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-290, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı Milli Hidrometeorologiya Departamenti bildirir ki, son 5 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 54 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 460 kubmetr olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm iki dəfə az, 240 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil etmişdir.

Son 5 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu illə müqayisədə bir qədər az olmaqla 105 kubmetr təşkil etmişdir.

Aprelin 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 sm, Salyanda 9 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 17 sm artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2012-ci il aprelin 5-də 568 sm), Şirvanda 212 sm (2012-ci il aprelin 5-də 491 sm), Salyanda 141 sm (2012-ci il aprelin 5-də 423 sm ), Bankədə 193 sm (2012-ci il aprelin 5-də 309 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2012-ci il aprelin 5-də 330 sm) təşkil edir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında