Ötən günlərdə ölkə ərazisində müşahidə olunmuş hava şəraiti

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumatda deyilir ki, martın 5-i gün ərzində, martın 6-sı gecə və səhər ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olmuş, bəzi yerlərdə qar yağmışdır.

Yağıntının miqdarı Lənkəranda 40.0 mm, Göygöl, Astarada 26.0 mm, Daşkəsəndə 20.0 mm, Yardımlı, Ordubadda 18.0 mm, Sabirabad, Göytəpədə 16.0 mm, Rvarudda (Lerik) 14.0 mm, Gədəbəydə 12.0 mm, Cəfərxan, Qəbələdə 11.0 mm, Qubada 10.0 mm, Şamaxıda 9.0 mm, Biləsuvar, Xaçmazda 8.0 mm, Lerik və İsmayıllıda 7.0 mm, İmişli, Kürdəmir, Kəlvəz, Sarıbaş (Qax) və Altıağacda 6.0 mm, Şahbuz, Oğuz, Beyləqan və Göyçayda 4.0 mm olmuşdur.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 33 sm, Göygöldə 32 sm, Gədəbəydə 24 sm, Daşkəsəndə 22 sm, Ordubadda 20 sm, Yardımlı, Altıağacda 18 sm, Ağdərədə 16 sm, Lerikdə 15 sm, Xınalıq, Rvarudda 14 sm, Kəlvəzdə 13 sm, Qubada 11 sm, Şamaxı, İsmayıllıda 3 sm, Qəbələ, Mərəzədə 2 sm, Şahbuzda 1 sm olmuşdur.

Şimal-qərb küləyinin sürəti Neftçlada 28 m/s, Tərtərdə 25 m/s, Mingəçevirdə 20 m/s, Ağstafa, Biləsuvarda 18 m/s, Ceyrançöl, Şərur, Yevlaxda 16 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 20-25 m/s-dək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,2 metrə çatmışdır. Bu gündən etibarən hava şəraiti nisbətən mülayimləşəcək, yağıntılar tədricən kəsiləcək. 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında