Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda vəziyyətlə bağlı məlumat yaymışdır. Məlumatda bildirilir ki,hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-240, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Həmin məntəqədə su sərfi saniyədə 135 kubmetr  olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2012-ci ildə bu rəqəm bir qədər çox olmaqla 144 kubmetr və ongünlük normanın 92 faizini təşkil etmişdir.

Yanvarın 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi saniyədə 66 kubmetr olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2012-ci ildə bu göstərici  72 kubmetr təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olmuşdur.

Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 21 sm, Şirvanda 22 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 27 sm azalma, Salyanda isə 2 sm artım qeydə alınmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2012-ci il yanvarın 28-də 540 sm), Şirvanda 310 sm (2012-ci ildə  431 sm ), Salyanda 328 sm (2012-ci ildə 405 sm), Bankədə 253 sm (2012-ci ildə 311 sm), Araz çayının Novruzlu məntəqəsində isə 193 sm (2012-ci il yanvarın 28-də 290 sm) təşkil edir.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında