Azərbaycan ərazisində sel hadisələri intensivləşmişdir

AMEA Coğrafiya İnstitutu: Dünyanın ən təhlükəli sel zonalarından biri Azərbaycandadır

 

AMEA Coğrafiya İnstitutu: Dünyanın ən təhlükəli sel zonalarından biri Azərbaycandadır

Azərbaycanda ötən əsrin 60-70-ci illərinə nisbətən sel ocaqlarının sahəsi ən azı 2-2,5 dəfə artmışdır. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə demişdir.

 Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacı, yəni Şəki-Zaqatala bölgəsi təkcə Qafqazın deyil, bütün dünyanın ən təhlükəli sel zonalarından biri sayılır: “Bu ərazilərdə sel keçmək ehtimalı çox böyükdür. Heyvandarlığın inkişafı, yaylaq otlaqlarının aşınması, məcburi köçkün rayonların mal-qarasının alp-subalp çəmənliklərinə yönəldilməsi nəticəsində çılpaqlaşma baş vermiş, sel ocaqlarının sayı xeyli artmışdır. Dağlıq ərazilərin turizm məqsədilə mənimsənilməsi, yolların çəkilməsi də daşınan sel materiallarını artırır. İntensiv yağışların yağması sel ehtimalını gücləndirir. Əvvəllər Şəki-Zaqatala zonasında güclü selkeçmə hər 5-7 ildən bir olurdusa, indi bu interval 2-3 il səviyyəsinə düşüb”.

E. Əlizadənin sözlərinə görə, əvvəllər selkeçmə ehtimalı az olan ərazilərdə indi sel hadisələri intensivləşmişdir: “Məsələn, Böyük Qafqazın şimal-şərq yamacı (Quba-Xaçmaz bölgəsi), Gəncə-Qazax zonası çaylarında bu proses müşahidə olunur. Azərbaycanda ən çox sel təhlükəli çaylar Kişçay, Şinçay, Kümrükçay, Muxaxçay, Dəmiraparançay və Girdmançaydır. Quba-Xaçmaz zonasında isə Vəlvələçay, Qusarçay və Qudyalçay ən sel təhlükəli çaylar hesab olunur. Son illər Gəncə-Qazax zonasında sel ocaqlarının sahəsinin artması və yağıntıların intensivliyi artdığından Zəyəmçay dərəsində, Şəmkirçayda da sel təhlükəsi xeyli artıb”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında