Azərbaycanda son iki gündə regionlar üzrə düşən yağıntının miqdarı açıqlanmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti son günlər ölkə ərazisində müşahidə olunan dəyişkən və qarlı hava şəraiti ilə bağlı operativ məlumat açıqlamışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti son günlər ölkə ərazisində müşahidə olunan dəyişkən və qarlı hava şəraiti ilə bağlı operativ məlumat açıqlamışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, yanvarın 9-da axşama doğru yağıntı respublikanın əksər rayonlarını əhatə etmiş, yanvarın 10-da isə hava şəraiti daha da kəskinləşmişdir. Bəzi yerlərdə intensiv və güclü qar yağmışdır. Bakı və Abşeron yarımadasında yanvarın 9-da axşam saat 18:00 radələrində yağıntı başlamış, 21:00 radələrindən sulu qara keçmişdir. Yanvarın 10-da gecə və səhər sulu qar və qar yağmışdır.

 G. Məmmədova respublikanın bəzi regionlarında ən çox düşən yağıntının miqdarını da açıqlamışdır. Belə ki, Sarıbaşda 23, Gədəbəydə 22, Göygöldə 20, Şəkidə 19, Zaqatala-Ağstafada 15, Daşkəsəndə 12, Qubada 11, Kirçayda 16, Yevlaxda 10, Oğuz-Qəbələdə 9, Naxçıvan-Astarada 8, Lənkəran-Altıağacda 7, İsmayıllı-Şahbuz-Bərdə-Zərdab- Göytəpə-Yardımlıda 6,  Şərur- Gəncə-Şəmkir-Xaçmaz-İmişli-Kürdəmir- Tərtər- Salyan- Qazməmmədlidə 5,  Lerikdə 4, Naftalan-Tovuz-Beyləqan, , Sabirabad-Şamaxıda 2, Culfa-Ordubad-Biləsuvarda 1 mm yağıntı qeydə alınmışdır.

Bakı və Abşeron yarımadasına gəlincə, yağıntının miqdarı Bakıda 8, Neft Daşlarında 7, Pirallahı və Sumqayıtda 3 mm olmuşdur.

Qar örtüyü Sarıbaşda 62, Zaqatalada 39, İlisuda 34, Göygöldə 24, Daşkəsəndə 20, Ceyrançöldə 12, Ağstafada 7, Şahbuzda 18, Kişçayda 17, Naxçıvan şəhərində 10, Altıağacda 10, Şəkidə 9, Şərurda 6, İsmayıllıda 5, Qəbələdə 4, Lerik-Kələbəcər-Oğuzda 2, Gəncədə isə 1 sm təşkil etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında