Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində çaylara ekoloji ziyan vurduqlarını etiraf etmişlər

Ermənilər işğal altındakı Azərbaycan ərazilərində çayları zəhərli maddələrlə çirkləndirdiklərini etiraf etmişlər.

Ermənilər işğal altındakı Azərbaycan ərazilərində çayları zəhərli maddələrlə çirkləndirdiklərini etiraf etmişlər.

APA-nın məlumatına görə, Ermənistanda nəşr olunan “Lragir” qəzeti yazır ki, jurnalist Armine Narinyan “Facebook” sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi surətdə qırılması barədə xəbər yaymışdır.

Balıqların məhv olmasının əsas səbəbi Qarabağda faydalı qazıntıları istismar edən “Beytz Metal” (Base Metals) şirkətinin (“Valleks” şirkətlər qrupu) Drımbon yatağında qızıl-mis emalı zamanı sianidləri çaya axıtmasıdır. Ətraf kəndlərdə yaşayan yerli əhali də faktı təsdiq etmişdir.

 Məlumatda həmçinin bildirilir ki, “Beytz Metal” şirkətinin direktoru artıq Drımbon yatağında ehtiyatların tükənmək üzrə olduğunu bəyan etmişdir. Şirkət 2015-ci ildə Ağdərədəki Caxkaşen adlı başqa bir yataqda işlərə başlamağı planlaşdırır.

 Qeyd edək ki, Sərsəng su anbarına toplanan su buradan Tərtər çayı vasitəsi ilə Kür çayına axır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında