Bakı qəsəbələrinin içməli su sistemləri yenidən qurulur

Son zamanlar Bakı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Son zamanlar Bakı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Xatırladaq ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda paytaxtın və ətraf qəsəbələrin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Dövlət Proqramı çərçivəsində hazırda Suraxanı rayonu Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur.

İndiyədək qəsəbəyə içməli suyun iki magistral xətdən verilməsi və həmin xətlərə qeyri-qanuni qoşulmalar su təchizatında pərakəndəlik yaratmışdır. Yeni layihəyə görə, qəsəbəyə içməli su bir mənbədən veriləcək. Artıq bu məqsədlə 2467 metr uzunluğunda magistral su xətti çəkilmişdir. Bununla paralel olaraq qəsəbənin kanalizasiya şəbəkəsi də yenidən qurulur. İndiyədək qəsəbədə 4540 metr kanalizasiya xətti çəkilmiş və çirkab suların axıdılması üçün 600 millimetr diametrli borularla 380 metr uzunluğunda kollektor tikilmişdir. Növbəti mərhələdə qəsəbədaxili su şəbəkəsi yenilənəcək və bütün abunəçilər sayğacla təmin ediləcək. Layihə üzrə işlərin isə bu il başa çatdırılması nəzərdə tutulur. Bununla da Əmircan qəsəbəsində 30 mindən çox sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq.

Yeri gəlmişkən, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində  Abşeron yarımadasının 24 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır.  Hazırda proqramın tərkib hissəsi olaraq Ceyranbatan sutəmizləyici qurğular kompleksinin ərazisində ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su xətti tikilir. Proqrama uyğun olaraq ətraf qəsəbələrin hər birində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq. Bundan əlavə, suyun özüaxımlı rejimdə aparılması məqsədilə ümumi tutumu 200 min kubmetrdən çox olan 10 anbar kompleksi inşa olunur. Bütövlükdə isə məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq.

 

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında