Dekabrın 21-nə hava proqnozu

 Bakıda və Abşeron yarımadasında  arabir yağış yağacağı,  gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir.  Cənub  küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək.  Gecə 3-6 ,  günün birinci yarısında  10, axşam 4, Bakıda gecə 4-6,  günün birinci yarısında 10, axşam   4  dərəcə isti olacaq. Atmosfer təzyiqi   762 mm civə sütunundan 754  mm civə sütununa enəcək,  nisbi rütubət  90-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə 1-6 dərəcə şaxta, gündüz   3-8  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir yağıntılı olacağı,  qar yağacağı gözlənilir. Arabir güclənən  qərb  küləyi  əsəcək. Gecə 7-12 dərəcə şaxta,  gündüz  0-5 dərəcə  isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən  qərb  küləyi əsəcək. Gecə 0-5  dərəcə şaxta, gündüz   2-7  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  yağıntılı olacağı, qar yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq. Arabir güclənən  qərb   küləyi  əsəcək.  Gecə 2-6 dərəcə şaxta, gündüz  3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti, dağlarda gecə  7-11, yüksək dağlıq ərazilərdə 13-18,  gündüz  0-5  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı  gözlənilir. Ayrı-ayrı  yerlərdə  duman olacaq. Arabir güclənən  qərb küləyi  əsəcək.  Gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti,  gündüz   3-8  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar,  dağlarda qar yağacağı  gözlənilir. Arabir güclənən şimal-şərq  küləyi  əsəcək.  Gecə 2  dərəcə  şaxtadan 3 dərəcəyədək isti, gündüz   3-7 dərəcə isti,  dağlarda gecə 2-4, gündüz  0-5 dərəcə  şaxta  olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında