Regionların içməli su təchizatı yaxşılaşdırılır

Ölkəmizdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər getdikcə intensivləşir. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər Bakı şəhəri ilə yanaşı, regionlarda da davam etdirilir.

Ölkəmizdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən  qurulması ilə bağlı işlər getdikcə intensivləşir. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər  Bakı şəhəri ilə yanaşı, regionlarda da davam etdirilir.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün genişmiqyaslı tədbirlər nəzərdə tutulmuşdur.

Bu ilin on bir ayı ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi ərazilərdə əhaliyə normal və keyfiyyətli içməli suyun verilməsi, köhnəlmiş avadanlıqların, su və kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, Oğuz rayonunun Bayan, Bucaq, Kərimli və Xaçmaz kəndlərində 15,9 kilometr uzunluğunda paylayıcı su xətləri çəkilmiş, 13,2 kilometr uzunluğunda Balaşum-Böyük Söyüdlü magistral su xətləri istismara verilmişdir. Rayonun Baş Daşağıl kəndində içməli su problemini həll etmək məqsədilə isə 3,7 kilometr uzunluğunda su xətti çəkilmiş, 100 kubmetr tutumu olan su anbarı inşa edilmişdir.

Bununla yanaşı, cəbhəyanı rayonlar olan Ağdamın Şükürağalı, Kolqışlaq və Mirəşelli, Tərtərin Qapanlı və Qazyan, eləcə də Füzuli rayonunun Alxanlı kəndlərində müxtəlif diametrli borularla 27 kilometr uzunluğunda su xətti çəkilmiş, iki subartezian quyusu qazılaraq hər birinin həcmi 25  kubmetr olan altı su çəni quraşdırılmışdır. Zaqatala rayonunun Danaçı, Salyan rayonunun Xıdırlı, Xızı rayonunun Şurabad və Türkoba, Şabran rayonunun Gilavar, Gədəbəy rayonunun Pərizamanlı kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə də mühüm layihələr həyata keçirilmişdir. Ümumilikdə isə ölkənin doqquz rayonun 30-dan çox kəndində 200 kilometrədək su, 3 kilometr kanalizasiya xətti çəkilmiş, 23 ədəd  subartezian quyusu qazılmış və istismara verilmişdir. Bundan əlavə, 226 dəst siyirtmə, 14 ədəd müxtəlif tipli elektrik mühərrikləri, 116 dəst müxtəlif tipli su nasosları quraşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində 32 mindən artıq insanın su təchizatı yaxşılaşmışdır. Yeri gəlmişkən, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC 354 kənd və qəsəbəyə xidmət göstərir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında