Abşeron yarımadasının su təchizatı sistemi yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkəmizin su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş kompleks tədbirləri davam etdirir.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkəmizin su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş kompleks tədbirləri davam etdirir. Hazırda ölkənin bütün regionlarında olduğu kimi, paytaxt və ətraf qəsəbələrdə də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirilir.

Xatırladaq ki, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının 24 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulmuşdur.  “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, cari ilin oktyabr ayında Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir. Layihəyə əsasən, Novxanı qəsəbəsinin içməli su və kanalizasiya şəbəkələrinin mövcud olmadığı ərazilərdə yeni infrastruktur yaradılır. Bu məqsədlə qəsəbədə müxtəlif diametrli polietilen borularla 74 kilometr   içməli su və 53 kilometr kanalizasiya xətləri çəkiləcək, 1025 ədəd kanalizasiya quyusu tikiləcək. Tikinti işləri başlanandan indiyədək 17 kilometr su və 15 kilometr kanalizasiya xətləri çəkilmiş, 182 ədəd kanalizasiya quyusunun inşası başa çatdırılmışdır.

Qəsəbəyə içməli suyun normal verilişini təmin etmək məqsədilə burada hər birinin tutumu 10 min kubmetr olan iki ədəd su anbarı tikiləcək. Yeni yaradılan  su şəbəkəsinə iki mindən artıq ünvan qoşulacaq və ev birləşmələrinin hər birində “smart-kart” tipli sayğaclar quraşdırılacaq.

Xatırladaq ki, bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Novxanı qəsəbəsinin 19 mindən çox sakininin su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə üzrə işlərin 2013-cü ilin sonlarında başa çatdırılması nəzərdə tutulur.

M.YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında