Atmosfer havasını çirkləndirən cərimə olundu

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında fəaliyyət göstərən Bakı Fəhləsi Maşınqayırma Törəmə ASC-nin şüşə-boru sexi atmosfer havasını çirkləndirdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, ASC-nin cavabdeh şəxsi İskəndər Əliyev İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ETSN-nin “Qaynar xətt”inə Anaşkin küçəsi 27 ünvanında tozun və qoxunun olması ilə bağlı daxil olan şikayətlə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə monitorinq aparılıb. Monitorinqlərin nəticələrinə görə atmosfer havasında olan tozun, səs-küyün sanitar norma həddini keçdiyi məlum olub. Atmosfer havasından götürülən nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə isə etil-benzolun 10, meta-ksilolun 2,1, orta-ksilolun 1,1 dəfə normadan artıq olduğu müəyyən edilib.

           Qəzənfər  QASIMOV,
           “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında