Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə  qanunsuz yolla əldə edilmiş 6 m3 həcmində fıstıq və vələs  cinsli meşə materialı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən  993 manat  məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

              Qəzənfər  QASIMOV,
              “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında