Ağacların qurumasının qarşısının alınması üçün ETSN ərazini himayəyə götürüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.

Nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

                  Qəzənfər QASIMOV,
                  “Xalq  qəzeti”

                                    

    

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında