Reyd keçirilib

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Keçirilən reydlər zamanı rayonun Xəzər dənizinin sahil zolağına “Kamaz” markalı 99-KZ-932, 90-CR-686 və 10-CD-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantıların boşaldıldığı faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.

                Qəzənfər  QASIMOV,

                “Xalq  qəzeti”

 

                           

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında