Havay adalarında 5,3 bal gücündə zəlzələ olub

Havay adalarında Halemaumau krateri ətrafında, aktiv vulkandan 5 kilometr  cənub qərbdə Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ olub. Zəlzələ zamanı vulkan kraterində kiçik partlayış da olub.

ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS)-nin məlumatına görə, krater üzərində hər hansı püskürmə əlamətləri müşahidə edilməyib.

Qeyd edək ki, bu yaxınlarda Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı oyanıb. Titrəyişlə müşayiət olunan püskürmə zamanı ətrafa yayılan qızmış lava axını qarşısına çıxan hər şeyi yandıraraq okeana doğru axıb. Adada 500-dən çox ev yanaraq kül olub.

Məlumat üçün deyək ki, Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında