XII Bakı Yay Enerji Məktəbində Ekologiya və Təbii Sərvətlər naziri çıxış edib

ADA Universitetində təşkil edilən XII Bakı Yay Enerji Məktəbində “Qlobal iqlim dəyişməsinin Xəzər hövzəsinə təsiri” mövzusunda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 16 iyul 2018-ci il tarixində təqdimatla  çıxış edib.

Tədbirdə iqlim dəyişmələrinin səbəbləri, qlobal və regional təzahürləri, iqlim dəyişmələrinə təsirlərin azaldılmasına yönələn fəaliyyətlər və mümkün uyğunlaşma tədbirləri, eyni zamanda ölkənin Paris razılaşmasına dair milli öhdəliklərin yerinə yetirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, XII Bakı Yay Enerji Məktəbi iyulun 9-da ADA Universitetində  Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR və “BP Azerbaijan”nın dəstəyi ilə  açılıb. Məktəbə bu il 12 ölkədən – ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Niderland, İordaniya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb olunub.

                    Qəzənfər QASIMOV,
                    “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında