Dünən gecə Bakını duman bürümüşdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gecə havanın kəskin dumanlı olmasının səbəbini açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva açıqlamasında bildirib ki, dumanın yaranmasına səbəb kəskin isti olub.

Havada duman şəklini alan buxar əsasən, paytaxtın dənizkənarı ərazilərində müşahidə olunub. Bu, Neftçilər prospekti, İstiqlaliyyət küçəsi, "Statistika" dairəsi və Nəriman Nərimanov heykəlinə yaxın olan ərazilərdə sürücülərin görmə məhdudiyyətini aşağı salıb.

Yerli sakinlər bunu havaların son günlər kəskin isti keçməsi və bu səbəbdən dənizdə buxarlanmanın çoxalması ilə izah ediblər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında