Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlərindən alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən isti hava şəraiti, eyni zamanda, gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub. 
 
İyulun 3-dən 4-nə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub. Bununla yanaşı, “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən iyulun 4-də gecə saatlarında havada disperstozun miqdarı norma daxilində olub. Buna görə də havada müşahidə olunan dumanın səbəbi meteoroloji şəraitlə bağlıdır. 
Belə ki, meteoroloji parametrlərdən olan nisbi rütubət gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək). 
Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, havada temperaturun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olaraq norma daxilinə düşüb.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında