Növbəti reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib. 

Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, 1 taxta qayıq, 2 sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Yevlax rayonu Kasa adlanan ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. Qanun pozucuları Mingəçevir şəhər sakinləri Əli Əzizov və Murad Yusubovdan 180 şahmayı və 42 sıf balığı, 2 asma mühərrikli qayıq, 2 sintetik saplı tor götürülüb və barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 7326 manat məbləğində iddia qaldırılıb.    

Kür çayının Tovuz rayonu, Hunanlı kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılaraq ondan 15 şahmayı balığı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator, 1 rezin qayıq götürülüb. Qanun pozucusu Tovuz rayon sakini Qələndər Məmmədov barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 495 manat məbləğində iddia qaldırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

             Qəzənfər  QASIMOV,

             “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında