Güclü istilər gözlənilir

Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib.

"Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq", - deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.

Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.

S.Yılmazın sözlərinə görə, bu cür halların səbəbi əslində bir çoxuna bəllidir:

"18 ölkənin 116 aliminin hazırladığı hesabata görə, bu cür isti hava kütlələrinin hakim olmasının səbəbi iqlim dəyişikliyidir. İnsanlar isti havanın mənfi təsirlərindən necə qoruna biləcəklərini öyrənməlidirlər. Fərdi olaraq qısamüddətli hava dəyişikliyinə qarşı özümüzü hazırlaya bilərik. Lakin daha uzunmüddətli dəyişikliklə mübarizə üçün insanlar güclərini birləşdirməli, iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır".

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında