Hərtərəfli ictimai nəzarət olarsa, meşələrin qanunsuz qırılmasının qarşısı alınar

İsmayıllı rayonunun meşə ətrafı kəndlərinin sakinləri ağac əkməyə və meşələrin ictimai mühafizəsini öhdələrinə götürməyə qərar verib

Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti görüş İsmayıllı rayon İcra Hakimiyyətində təşkil edilib.

06 iyun 2018-ci il tarixində keçirilən görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Görüşdə meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, cavabdeh şəxslərin məsuliyyətinin daha da artırılması məsələsi müzakirə olunub.

Qeyd edək ki, ətraf mühitin qorunmasında, o cümlədən meşələrin mühafizəsində ETSN-nin birmənalı mövqeyi bütün qanun pozuntularının qarşısının alınmasından ibarətdir. Nazirliyin hədəfi ekologiyaya aid bütün sahələrdə qanunvericiliyin tələblərinə riayət olunmasına, xüsusilə meşələrin qeyri-qanuni yollarla kəsilməsinin birdəfəlik aradan qaldırılmasına nail olmaq, bu işdə ictimaiyyətin bütün təbəqələrinin yaxından iştirakını və güclü nəzarətini təmin etməkdir.

Görüşün nəticəsi olaraq rayon ictimaiyyətinin təşəbbüsü ilə meşə ətrafı kəndlərin sakinləri tərəfindən vaxtilə kəsilmiş ağacların bərpası üçün meşələrdə ağacəkmə kampaniyasına başlanılacağına, hər kənd tərəfindən isə  yaxınlıqda olan meşə sahəsinin birmənalı olaraq ictimai mühafizəsinin təşkilinə dair qərar verilib.    

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə Nazirlik tərəfindən digər rayonlarda da belə görüşlərin təşkili davam etdiriləcək. 

                Qəzənfər  QASIMOV,

                “Xalq  qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında