“Ümumdünya ətraf mühit günü” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib

5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər Şurasının nümayəndələri, Milli Parklar və Dövlət Təbiət Qoruqlarının əməkdaşları ilə birgə Bakıda və regionlardakı təhsil müəssisələrində təbliğat və maarifləndirmə  tədbirləri həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Bakı şəhəri Xəzər rayonu 241 nömrəli və Xızı, Xaçmaz, Ağcabədi, Salyan, Quba, Goranboy, Lənkəran rayonlarının bir sıra məktəblərində təşkil olunan seminar və görüşlərdə müəllim və şagirdlərə ətraf mühitin mühafizəsi, milli parklarda və xüsusi mühafizə olunan ərazilərdə davranış qaydaları, ekoturizm marşrutları, turizm və rekreasiya əraziləri barədə ətraflı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

                 Qəzənfər  QASIMOV,

                 “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında